XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

28 Mart 2020 - 20:04

Rusiya dövlət sərhədlərini bağlayacaq- Koronavirusa görə

Rusiya koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində dövlət sərhədlərini bağlayacaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Nazirlər Kabineti qərar verib. Qərara əsasən martın 30-dan etibarən ölkənin sərhəd keçid məntəqələri (piyada, avtomobil, dəmiryolu) bağlanacaq.

Məhdudiyyətlər rus diplomatlarına və onların ailələrinə, Rusiya vətəndaşlarına və həmçinin beynəlxalq yükdaşımaları ilə məşğul olan sürücülərə aid edilməyəcək.