XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2020 - 09:11

İrlandiya koronavirus məhdudiyyətlərini yüngülləşdirəcək –Tarix açıqlandı

İrlandiya hökuməti son iki həftə ərzində koronavirusa yoluxan xəstələrin reanimasiyaya qəbulunda azalma olacağı təqdirdə bəzi yeni məhdudlaşdırıcı tədbirlərin aprelin ortalarında aradan qalxacağına ümid edir.

Bunu İrlandiyanın Baş naziri Leo Varadkar açıqlamasında bildirib.

O, vətəndaşların zərurət yaranmadığı halda evləri tərk etməmək göstərişi verdiyin deyib.

Qeyd edək ki, ötən gün İrlandiyada yeni virusla bağlı 14 ölüm hadisəsi qeydə alınıb. Yoluxma halları isə daha 294 nəfərdə aşkarlanıb. İki gün əvvəl isə 302 yoluxma təsdiqlənmişdi. Ölkə üzrə COVID-19-a yoluxanların ümumi say 2415-ə çatıb.  /APA