XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2020 - 10:00

Almaniyada nazirin meyiti aşkarlandı –FOTO

Alman siyasətçisi, Hessen federal ərazisinin maliyyə naziri Tomas Şefer ölmüş vəziyyətdə aşkarlanıb.

Bu barədə “Die Welt” qəzeti məlumat yayıb.

Məlumata görə, nazirin meyiti Hokkaym-am-Mayn şəhərində, dəmir yolunda tapılıb.

İstintaq nazirin intihar etməsi qənaətinə gəlib. Şefer Hessenin baş naziri Folker Bufenin mümkün varislərindən biri hesab edilirdi. O, 2010-cu ilin avqustundan regionun maliyyə naziri vəzifəsini tuturdu. Tomas Şefer Xristian-demokrat ittifaqının üzvü idi./Report