XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2020 - 11:08

“Papa və köməkçiləri koronavirusa yoluxmayıblar” –Vatikandan açıqlama

Vatikan nümayəndəsi Matteo Bruni şənbə günü Papa Fransiskin yaşadığı iqamətgahda koronavirusa qarşı test nümunələrinin götürüldüyünü bildirib. 

Qeyd edilib ki, aparılan sınaqlar zamanı 83 yaşlı Papanda və ən yaxın köməkçisində koronavirusun əlamətləri aşkarlanmayıb.

Bruninin sözlərinə görə, Vatikanda 170 nəfər üzərində analoji testlər aparılıb: “Ümumilikdə altı nəfərdə testin cavabı müsbət olub. Nə məndə , nə Müqəddəs Atada, nə də ki ən yaxın köməkçisində yeni virusun olmadığını təsdiqləyə bilərəm”. /APA