XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2020 - 14:00

“Çempionatı yekunlaşmayan ölkələr avrokuboklara buraxılmayacaq” –UEFA xəbərdarlıq etdi

Bir sıra ölkələrin klubları avrokubokların 2020/21 mövsümünə buraxılmayacaq.

UEFA mövsümü başa çatdırmayacaq və nəticələri ləğv edəcək ölkələrin komandalarını qitə miqyaslı turnirlərdə görmək istəmir.

Qitə futbol qurumu koronavirus pandemiyası üzündən dayandırılan milli çempionatların başa çatdırılmasının tərəfdarıdır. Avrokuboklarda iştirak üçün ya liqalar sonadək oynanılmalı, ya da indiki mövcud nəticələr rəsmən tanınmaqla yekunlaşmalıdır.

Qeyd edək ki, UEFA-ya üzv olan 55 ölkədən yalnız Belarusda çempionat dayandırılmayıb. /APA