XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2020 - 16:15

“Karantin deyil, səhayət xəbərdarlığıdır” – Tramp

ABŞ prezidenti Nyu-York, Nyu Cersi və Konnektokut kimi koronavirusun geniş yayıldığı ştatlarda karantinin tətbiqinə dair çağırışdan imtina edərək, bunun əvəzinə ciddi səyahət xəbərdarlığı yayılacağını bildirib.

Tramp qərarın Ağ Evdə bu 3 ştatda federal cavab təbirləri həyata keçirən xüsusi operativ qrup və ştat qubernatorları ilə müzakirələrdən sonra verildiyini deyib. Prezident bildirib ki, o, Xəstəliklərə Nəzarət və Prifilaktika Mərkəzinə belə bir xəbərdarlıq hazırlamasına göstəriş verib.

ABŞ dövlət başçısı karantinə ehtiyac olmadığını vurulayıb.

Vitse-prezident Mayk Pens tvit edərək, bu 3 ştat sakinlərinə 14 gün ərzində mühüm olmayan səyahətləri dayandırmağa çağırıb.

Karantinin tətbiqini ştat qubernaatorları irəli sürüb. Lakin ölkə liderləri bunun onsuz da virusun təsirinə məruz qalan insanlar arasında təşviş yayacağından ehtiyat edir.

Nyu-York qubernatoru Endrü Kuomo federal hökumətin virusun episentri olan ştatına qarşı müharibə elan etdiyini bildirib. O deyib ki, şənbə günü müzakirələri zamanı karantin perspektivi məsələsi ortaya qoyulmamışdı. Qubernator əlavə edib ki, bu, qanunsuz, iqtisadi baxımdan fəlakətli və digər ştatlarda virusun yayıldığı bir vaxt uzaqgörənlikdən yayınmaq deməkdir.

Nyu Cersi qubernatoru Fil Mörfi tvit edərək bildirib ki, Tramp və Penslə müzakirələr keçirir və rəhbərlik ştatda qüvvədə olan qaydaları dəyişdirməyib. O hələ də səhiyyə və subermarketlər kimi yerlərin işçilərə ehtiyacı olduğunu deyib.

Konnektikut ştatının qubernatoru Ned Lamont deyib ki, prezidentin karantinlə bağlı dedikləri çaşqınlır yaradır, çaşqınlıq isə panikaya yol açır. Qubernator bildirib ki, bu növ karantin göstərişinin həyata keçirilməsi mümkün olmayacaq. O, Ağ Evin prezidentin nə istədiyiniəaydınlıq gətirəcəyinə ümidini ifadə edib.

ABŞ hazırda 121 min yoluxma halı ilə dünyada birinciliyini saxlayır. Şənbə günü artıq 2 min adamın həyatını itirdiyi bildirilib. (amerikaninsesi.org)