XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2016 - 17:50

İraqda terror- Onlarla insan həlak olub

 

14572721934787346763_1000x669

İraqın Babil şəhərində avtomobilin partladılması nəticəsində 34 nəfər həlak olub, 39-u yaralanıb.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, bomba yüklü avtomobil polis postu yaxınlığında, avtomobillərin yoxlanıldığı məntəqədə partladılıb.

Digər mənbələrdə isə partladılan avtomobilin neftlə dolu tanker olduğu bildirilir. Ölənlərin sayında da fərqli rəqəmlər açıqlanır. “Reuters”in verdiyi xəbərə görə, 60 nəfər həlak olub, çoxsaylı yaralılar var.

Terror aktını İŞİD terror qruplaşması öz üzərinə götürüb.