XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2020 - 20:22

Hindistan Səudiyyə Ərəbistanından qaz idxalına başlaya bilər –Açıqlama

Səudiyyə Ərəbistanı Hindistana LPG ixrac edəcək.

Bu barədə Hindistanın neft və təbii qaz naziri Dharmendra Pradhan Səudiyyə Ərəbistanının enerji naziri Əbdüləziz bin Salmanla dünya neft bazarlarındakı vəziyyətə dair danışıqlarından sonra bildirib.

“Şahzadə Əbdüləzizlə və “Saudi Aramco” rəhbəri Əmin Nasirlə video-konfransımız oldu. Dünya neft bazarlarındakı gedişatla və Səudiyyə Ərəbistanından Hindistana fasiləsiz LPG tədarükü ilə bağlı müzakirə apardıq. Əlahəzrət şahzadə Əbdüləziz bizim yerli ehtiyacımızı ödəmək üçün qarşıdakı günlərdə LPG tədarük edəcəklərinə arxayın etdi”, – deyə hindistanlı nazir “Twitter”dəki hesabından bildirib.

Son vaxtlar Hindistanda qaza tələbatın artdığı bildirilir. Dünyada xam neftin üçüncü, LPG-nin isə dördüncü idxalatçısı olan Hindistan şirkətləri koronavirus üzündən sərhədlərin bağlanması nəticəsində LPG tədarükü ilə bağlı fors-major elan etməyə başlayıblar. /Report