XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Mart 2020 - 23:58

Ümrədən qayıdan türkiyəli ziyarətçilər arasında koronavirusa yoluxanlar olub

Səudiyyə Ərəbistanından Ümrə ziyarətindən Türkiyəyə gələn və karantin müddəti bitən 5 mindən çox ziyarətçi təkrar karantinə alınıb.

Onlar arasında COVID-19 testinin nəticələri pozitiv çıxanlar olub.

15 martda Ümrədən gələn 2200 ziyarətçi Konyada, 3135-i isə Ankaranın Gölbaşı rayonunda 14 günlük karantinə alınmışdı.

Cavabı pozitiv çıxanlar xüsusi xəstəxanalara aparılıb, digərlərinin isə karantin müddəti uzadılıb. (apa)