XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2020 - 09:23

Cənubi Koreyada koronavirus:9 661 nəfər yoluxub

Cənubi Koreyada bir sutka ərzində koronavirus infeksiyasına 78 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə və Rifah Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısını Almaq Mərkəzi (KCDC) məlumat yayıb.

Bununla da koronavirusa yoluxanların sayı 9 661 nəfərə çatıb, artıq 158 nəfər həyatını itirib. Müalicə edilən 195 nəfər sağalıb.

Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyensan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonaları elan edilib. Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanması üçüncü dəfə, 6 aprelə qədər təxirə salınıb. Aprelin 5-dək sakinlərdən evlərini tərk etməmələri tapşırılıb, idman, əyləncə və dini ayinlərin keçirildiyi yerlər bağlanıb.

Bundan başqa aprelin 1-dən başlayaraq Cənubi Koreyaya xaricdən gələn bütün şəxslər vətəndaşlığından asılı olmayaraq 2 həftəlik məcburi karantinə cəlb olunacaqlar.

Ümumilikdə isə ölkədə 5 228 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Cənubi Koreyada 372 mindən çox insan koronavirusa görə test edilib. (Report)