XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2020 - 10:16

Kanadada koronavirusla bağlı son vəziyyət: yoluxanların sayı 6 258-ə çatıb

Kanadada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 833 nəfər artaraq 6 258-ə çatıb.

Bu barədə Kanadanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yoluxma Kanadanın 13 bölgəsindən 12-də qeydə alınıb.

Xəstəlik daha çox Ontarioda yayılıb. Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə yoluxanların sayı 360 nəfər artaraq – 1 355 nəfərə çatıb.

COVID-19 daşıyıcılarının əhəmiyyətli bir hissəsi Kvebekdə (2 840) və Britaniya Kolumbiyasında (884) müəyyən edilib. (Report)