XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

30 Mart 2020 - 11:23

Ukraynada koronavirus:yoluxanların çoxu gənclərdir

Ukraynada koronavirusa daşıyıcılarının yaş qrupları məlum olub.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Ukraynada COVID-19 daşıyıcılarının ən az 22%-i yaşı 0-30 arası olan insanlardır.

Bundan başqa, yoluxanların 5,4%-i yaşı 0-10 arası olan uşaqlardır.

Ümumilikdə, yaş qrupları üzrə statistika aşağıdakı kimidir:

  • 0-dan 10-dək — 5,4%;
  • 11-dən 20-dək — 4,5%;
  • 21-dən 30-dək — 12,5%;
  • 31-dən 40-dək — 22,4%;
  • 41-dən 50-dək — 20,4%;
  • 51-dən 60-dək — 21,3%;
  • 61-dən 70-dək — 11,9%;
  • 71-dən 80-dək — 1,4%;
  • 81-dən 90-dək — 0,2%.

Qeyd edək ki, Ukraynada koronavirusa ilk yoluxma faktı martın 2-də qeydə alınıb. Hazırda ölkədə virus daşıyıcılarının rəsmi sayı 475 nəfərdir. İnfeksiya qurbanlarının sayı isə 10-a çatıb. (report)