XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2020 - 19:28

IOC prezidenti:"Bəşəriyyət hazırda qaranlıq tunelin içindədir"

“Beynəlxalq federasiyalara və Milli Olimpiya Komitələrinin Kontinental Assosiasiyalarına son bir neçə gün ərzində məsləhətləşmə prosesində mükəmməl tərəfdaşlığa və dəstəyə görə təşəkkür etmək istəyirəm”.

Bu fikirləri Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax qurumun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunları qaranlıq tunelin sonunda işıq ola bilər: “Mən həmçinin daim təmasda olduğumuz İdmançılar Komissiyasına təşəkkür edirəm. Əminəm ki, Tokio-2020 Təşkilat Komitəsi, Yaponiya hökuməti və bütün maraqlı tərəfdaşlarımızla birlikdə bu misilsiz vəzifənin öhdəsindən gələ biləcəyik. Bəşəriyyət hazırda qaranlıq tunelin içindədir. Tokio olimpiadası bu tunelin sonunda işıq ola bilər”.

Qeyd edək ki, IOC bu gün Milli Olimpiya komitələrinin rəhbərləri ilə videokonfrans zamanı Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ildə 23 iyul – 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust – 5 sentyabr tarixlərində keçirilməsinə qərar verib. (report)