XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2020 - 11:24

İsraildə koronavirusa yoluxanların sayı 5 minə çatır –Ölənlər var

İsraildə son sutkada koronanvirusdan daha 2 nəfər ölüb, 484 nəfər isə bu virusa yoluxub.

“RİA Novosti” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, virusun son sutkadakı qurbanı İtaliyada virusa yoluxaraq orada ölüb.

İsraildə indiyədək 17 nəfər bu virusdan dünyasını dəyişib. Ölənlər 49-94 yaş aralığındadır. Bildirilib ki, 83 xəstənin vəziyyəti ağır, 95-nin vəziyyəti orta ağır qiymətləndirilir.

İndiyə qədər İsraildə 4 831 nəfər koronavirusa yoluxub/Report.