XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2020 - 12:02

Almaniyada koronavirus:ölənlərin və yoluxanların sayı artıb

Almaniyada daha 5 nəfər koronavirus infeksiyasının qurbanı olub.

“Report” “Zeit”a istinadən xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 650-yə çatıb.

Bundan başqa, koronavirus daşıyıcılarının rəsmi sayında da artım qeydə alınıb. Məlumata görə, daha 166 nəfərdə koronvirus aşkarlanıb. Beləliklə, ölkədə virus daşıyıcılarının rəsmi sayı 67 051 nəfərə çatıb.

Qeyd edək ki, Almaniya koronavirus daşıyıcılarının sayının çox olmasına baxmayaraq, ölüm faktlarının azlığı ilə seçilən ölkələrdəndir.