XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2020 - 15:43

Amerikalı həkimlər koronavirusa görə diz çöküb ağladılar –VİDEO

Hazırda koronavirus daşıyıcılarının rəsmi sayına görə dünyada birinci olan ABŞ-ın xəstəxanalarının birində həkimlər diz çökərək ağlayıblar.

Pandemiya qarşısında çarəsiz qalan tibb işçiləri səhiyyə ocağının koridoruna çıxaraq Allaha dua ediblər.

“Hazırda səndən başqa heç kimimiz yoxdur. Fəryadımızı duy və dünyaya toxun. Dərsimizi almışıq”, – həkimlər tanrıya belə yalvarıblar.

Qeyd edək ki, ABŞ-da indiyədək 164 000-dən çox insana koronavirus diaqnozu qoyulub. Ölkədə virusdan ölənlərin sayı isə 3 000-i ötüb/Report.