XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2020 - 17:03

Azərbaycanlı biznesmendən 44 min pulsuz maska –Hədiyyə

Rusiyanın Orenburq vilayətinin Qay şəhərindən olan azərbaycanlı sahibkar İlyas Məmmədov vətəndaşlara 44 min tibbi maskanı pulsuz paylayıb.

Strateq.az “Ga.ru”-ya istinadla xəbər verir ki, iş adamı şəhər sakinlərinin qaydalara əməl edərsə, koronavirusla mübarizədən qalib çıxacaqlarına inandığını bildirib.

O, Qay sakinlərini aldığı maskaların çoxlaylı olduğuna inandırıb, lakin etibarlılıq üçün cuna da taxa biləcəklərini qeyd edib.

İlyas Məmmədov şəxsən tibbi maskaların ilk dəstəsini sakinlərə paylayıb.