XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2020 - 20:07

Baş Qərargah rəisi karantinə alınıb –İsraildə

İsrail ordusu Baş Qərargahının rəisi koronavirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınıb.

Strateq.az “Jerusalem Post”-a istinadla xəbər verir ki, general Avi Kocavi təxminən 7 gün əvvəl bir sıra ordu komandirləri ilə görüşdə iştirak edib.

İndi həmin görüşdə iştirak etmiş komandirlərindən birinin koronavirusa yoluxduğu müəyyən olunub.

Səhiyyə Nazirliyinin təlimatına əsasən, general Koçavi həftənin sonuna qədər karantində olacaq.

Israil mediasının məlumatına görə, general Tamir Yadinin də karantində olduğu güman edilir.