XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

31 Mart 2020 - 20:44

“Facebook” və “Twitter”-dən prezidentə qadağa –Şəbəkə senzurası

“Facebook” və “Twitter” Braziliya prezidenti Jair Bolsonaronun koronavirusla bağlı yalan məlumatlı videolarını hesabından silib.

Strateq.az “Entekhab”-a istinadla xəbər verir ki, həmin videoların birində dövlət başçısı antimalyariya dərmanının COVID-19-u müalicə etdiyini iddia edib.

Xatırladaq ki, hazırda sosial media təkcə siyasətçilərin yalnış məlumatlarını “fake” xəbər kimi təsnif etmir.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp da həmin dərmanı tərifləyib.

Bundan əvvəl, Braziliya prezidenti dəfələrlə koronavirus təhdidinə məhəl qoymayıb və vətəndaşları xəstəliyin yüngül qrip forması olduğuna inandırmaq istəyib.