XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2020 - 10:36

Çində koronavirus:sutka ərzində 36 nəfər yoluxub, 7 nəfər ölüb

Çində sutka ərzində 36 koronavirusa yoluxma halı qeydə alınıb.

Bu barədə Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə dövlət komitəsi bu gün məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində 7 nəfər ölüb.

Koronavirusun ilk dəfə qeydə alındığı Hubey əyalətində sutka ərzində xəstəliyə bir yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb, 173 nəfər sağalıb.

Bir ölüm faktı isə Şanxayda qeydə alınıb.

Martın 31-ə olan məlumata əsasən, Çində ümumilikdə koronavirusa yoluxanların sayı 81 554 nəfərə çatıb, xəstəliyə yoluxanlardan 76 238 nəfər sağalaraq xəstəxanalardan buraxılıblar, 3312 nəfər həyatını itirib. /APA