XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2016 - 08:31

Türkiyə sahillərində daha bir faciə; ölü sayısı 25 nəfərə çatıb 

Hadisə Didim şəhəri sahillərində baş verib

Türkiyə sahillərində qaçqınları daşıyan qayığın qəzaya uğraması nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.

Report.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölənlərdən üçü uşaqdır.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, 2015-ci ildə Suriya və digər ölkələrdən Yunanıstana dəniz yolu ilə 847 min qaçqın gəlib, 800 nəfərdən çox insan isə Egey sularında bataraq həyatını itirib. Sərt hava şəraiti bu marşrutu daha təhlükəli edib.

*** 18.47

Martın 6-da Türkiyə sahillərində miqrantları daşıyan gəmi batıb.

Report.az "Anadolu"ya istinadən xəbər verir ki, Didim şəhəri sahilində baş verən hadisə nəticəsində 18 nəfər ölüb.

Yerli sahil mühafizəsi 15 nəfərin həyatını xilas edə bilib.