XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2020 - 14:52

Əfqanıstanda qadın general öldürülüb

Kabildə Milli Təhlükəsizlik Agentliyi Baş İdarəsinin bölmə rəhbəri Şarmila Foruğ öldürülüb.

Strateq.az “IRNA”-ya istinadla xəbər verir ki, qadın generalın həlak olması barədə məlumatı Əfqanıstan müdafiə nazirinin müavini açıqlayıb.

General Şarmila Foruğ martın 31-də yol kənarında yerləşdirilmiş bombanın partlayışı zamanı ağır yaralanıb və xəstəxanaya aparıldıqdan sonra ölüb.

Cinayətlərə görə heç bir qrup və ya şəxs məsuliyyəti öz üzərinə götürməyib, lakin “Taliban”ın əvvəllər hökumət idarələrində qadınların olmasına qarşı çıxdığı bəllidir.

Bəzi mənbələrə görə, Əfqanıstan ordusunda 1.500, polis sıralarında isə təxminən 3.500 qadın xidmət edir.