XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2020 - 23:32

Dünya ərzaq qıtlığı ilə qarşılaşacaqmı?- Almaniyalı ekspertlərdən proqnoz

Almaniyalı ekspertlər tüğyan edən koronavirus pandemiyasının fəsadlarından biri kimi ərzaq qıtlığı yarana biləcəyini proqnozlaşdırırlar.

Bu proqnoz onunla bağlıdır ki, dünyanın idxal-ixrac şəbəkəsinin və daxili bazarın parçalanması kənd təsərrüfatı işlərinin iflasına ilə nəticələnə bilər. Ölkə bir müddət özünün strateji ehtiyatlarından istifadə edəcək.

Bəs sonra nə baş verəcək? Axı tərəvəzi, taxıl bitkilərini yetişdirmək, heyvandarlıq məhsullarını istehsal etmək yalnız əhalinin tam məşğulluğu şərtilə mümkündür. Sıra xəttinin hər hansı komponenti pozulduqda isə bunun fəsadları dərhal özünü göstərir.

Həmin proqnozu verən ekspertlər Avropa İttifaqı rəhbərliyini və üzv dövlətlərin hökumətlərini bu mövzunun öyrənilməsinə ciddi yanaşmağa çağırıblar(azərtac).