XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 00:33

Fransada koronavirusdan ölənlərin sayı 4 min nəfəri ötdü –24 min nəfər isə daşıyıcı var

Fransa xəstəxanalarında son 24 saat ərzində 509 nəfər koronavirusdan dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, ümumilikdə ölkədə 4 032 nəfər koronavirusun qurbanı olub.

Onun sözlərinə görə, 24 000 nəfərə COVID-19 diaqnozu qoyulub, 6 017 pasiyent reanimasiyada müalicə olunur.

Jerom Salomonun sözlərinə görə, reanimasiyada müalicə alanların 80 nəfərinin yaşı 30-dan azdır/Report.