XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2015 - 15:25

II Avropa Oyunlarının keçiriləcəyi ölkə məlum oldu

Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin Türkiyədə iclası keçirilib.

Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin Türkiyədə iclası keçirilib.

ANS PRESS-in məlumatına görə, yığıncaqda əvvəlcə Kosovo AOK-un sıralarına qəbul olunub və beləliklə, qurumdakı ölkələrin sayı 50-yə çatıb.
Sonra II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin kimliyinə səsvermə yolu ilə aydınlıq gətirilib. İştirakçı 50 ölkənin Milli Olimpiya Komitəsi nümayəndələri 2019-cu ildə II Avropa Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşdiriblər. Səsvermədə Hollandiya bu hüquqa sahib olub.

Xatırladaq ki, I Avropa Oyunları iyunun 12-28-də Bakıda keçiriləcək.