XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 14:47

“İranda koronavirus gələn ilə qədər davam edə bilər” –Ruhanidən infeksiya barədə açıqlama

İran Prezidenti Həsən Ruhani koronavirus infeksiya ilə əlaqədar tətbiq edilən qadağalara əməl edən ölkə vətəndaşlarına təşəkkür edib.

Koronavirusla bağlı komissiyasının iclasında çıxış edən İran Prezidenti xəstəliyin nə zaman aradan qalxacağının bilinmədiyini vurğulayıb.

“İranda koronavirus qarşıdakı aylara, bəlkə də 20 mart 2021-ci ilə qədər davam edə bilər. Buna görə də Səhiyyə Nazirliyinin açıqladığı qaydalara əməl etməyə davam etməliyik”, – deyə H. Ruhani vurğulayıb. /APA