XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 16:29

Bu ölkədə karantin qaydalarını pozanlar güllələnəcək:“Polisə və orduya əmr edirəm..."

Filippin prezidenti Rodriqo Duterte koronavirus pandemiyası səbəbi ilə hökumət tərəfindən tətbiq edilən karantin zamanı etiraz edənlərə hərbi silahlardan atəş açılmasına göstəriş verib.

Bu barədə “Philippine Star” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, prezident Keson Siti şəhərində bir neçə yoxsul vətəndaşın hakimiyyətdən əhaliyə koronavirusa qarşı lazımi ərzaq, dərman və fərdi qoruyucu vasitələrin paylanmasını tələb edərək etiraz aksiyası keçirməsindən sonra belə sərəncam verib.

“Polisə və orduya əmr edirəm. Həyatınıza təhlükə yaradan münaqişə və ya dava-dalaş varsa, onları törədənlərə atəş açın”, – prezident bildirib.

Öz növbəsində, Filippin polisinin rəhbəri Arçi Qamboa prezidentin fikrini mübaliğəli şəkildə bildirdiyini və hüquq-mühafizə orqanlarının mülki şəxsləri öldürmək niyyətində olmadığını söyləyib/Report.