XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 19:45

Dünyanın 88 ölkəsindən Türkiyəyə müraciət olunub- Tibbi avadanlıqla bağlı

COVID-19-la mübarizə tədbirləri çərçivəsində dünyanın 88 ölkəsindən tibbi avadanlıqla bağlı Türkiyəyə müraciət olunub.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional direktoru Hans Kluge ilə videokonfrans yolu ilə görüşündən sonra bildirib.

ÜST-ün Türkiyə təmsilçiliyinin rəhbəri Pavel Ursunun da iştirak etdiyi görüşdə COVID-19 pandemiyası müzakirə olunub, Türkiyə ilə bu qurum arasında iki illik əməkdaşlıq müqaviləsi imzalanıb.

H.Kluge pandemiya ilə mübarizə istiqamətində Türkiyə tərəfindən dünyanın bir çox ölkəsinə edilən yardımlar üçün təşəkkürünü bildirib(azərtac).