XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 23:45

II Dünya müharibəsi veteranı koronavirusdan sağaldı

Dünyanın koronavirusa yoluxmuş ən yaşlı pasiyentlərindən biri olan 104 yaşlı kişi pandemiyaya qalib gəlib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli “Oregonian” portalı yayıb.

Bildirilib ki, hadisə ABŞ-ın Oreqon ştatında olub. Qeyd edilib ki, 104 yaşlı Vilyam Lapsçis II Dünya müharibəsinin veteranıdır. O, ştatda koronavirusa ilk yoluxanlardan biridir.

“O, tamamilə sağlamdır, çox zirək insandır”, – veteranın qızı portala açıqlayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 961 448 nəfər təşkil edir. Bunların 203 176 nəfəri sağalıb, 49 163 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.