XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 21:26

Çin yeni koronavirusa qarşı peyvəndin sınaqlarını digər ölkələrdə də keçirmək istəyir

Çinli alimlər preparatın effektivliyi barədə daha dəqiq nəticələr əldə etmək üçün yeni tip koronavirusa qarşı peyvənd sınaqlarının bir hissəsinin xaricdə keçirilməsi imkanlarını nəzərdən keçirir.

Azərtac “South China Morning Post” nəşrinə istinadla xəbər verir ki, Çində yeni tip koronavirusa qarşı vaksin sınaqları martın 16-da başlayıb. Sınaqlarda hər biri 36 nəfərdən ibarət üç qrupa ayrılmış 108 könüllü iştirak edir. Könüllülərin birinci qrupuna Çində hazırlanan preparatın kiçik, ikinci qrupa orta, üçüncü qrupa isə yüksək dozası vurulacaq. Klinik sınaqlar ilin sonuna qədər davam edəcək.

Sınaqların birinci fazası artıq başlayıb. Virusoloqların sözlərinə görə, sınaqların ikinci və üçüncü fazaları üçün təxminən min nəfər lazım gələcək və testlərin virusdan daha çox zərər görən ölkələrdə aparılması daha sürətli və dəqiq nəticələr əldə etməyə imkan verəcək.