XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 22:35

Novak:“Neft bazarındakı vəziyyət hasilatın məhdudlaşdırılması ilə dəyişməyəcək"

OPEC + sazişinə daxil olmayan ölkələrdən maraq yarandığı təqdirdə Rusiya Səudiyyə Ərəbistanı ilə danışıqların ola biləcəyini düşünür.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

“Biz ehtiyac yarandığı təqdirdə Sədiyyə Ərəbistanı ilə danışıqların ola biləcəyini istisna etmirik. Təbii ki, əgər OPEC+ formatına daxil olmayan ölkələrdən maraq yarana bilərsə”,- deyə A. Novak Rusiyanın “Exo Moskva” radiostansiyasının efirində qeyd edib.

Həmçinin, rusiyalı nazir deyib ki, neft bazarında vəziyyət ancaq neftə tələbatın artdığı zaman dəyişə bilər. O qeyd edib ki, onu OPEC+ ölkələrinin hasilatının məhdudlaşdırılması ilə dəyişmək mümkün deyil.