Çinin Cilin vilayətində kömür şaxtasında baş vermiş partlayış nəticəsində 12 nəfər həlak olub, bir nəfər yaralanıb.
Bayşan şəhərindəki mədəndə bazar günü baş vermiş hadisədən sonra 692 nəfər şaxtanı tərk edə bilib. Xilasedicilər dağıntılar altında qalan 13 nəfərdən birini yaralı halda xilas edərək, xəstəxanaya çatdırıblar. Qalan 12 nəfərin öldüyü təsdiqlənib(azərtac).