XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

03 Aprel 2020 - 09:21

ABŞ-da koronavirus:bir gündə rekord sayda ölüm qeydə alınıb

ABŞ-da koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 5926 nəfərə çatıb.

Bu barədə federal və ştat rəsmilərinin məlumatları əsasında hesabat aparan Cons Hopkins Universitetinin məlumatında qeyd olunub.

“France Presse” agentliyi bildirir ki, belə olan halda, ABŞ-da son 24 saatda 1169 nəfər koronavirusdan ölüb. Bu, bir ölkədə sutka ərzində qeydə alınmış ən böyük ölüm sayıdır. Bundan əvvəlki “rekord” İtaliyaya məxsus olub, martın 27-də burada 969 nəfər ölmüşdü. (apa)