XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

03 Aprel 2020 - 16:14

“Avstraliya Dağlıq Qarabağdakı “seçkilər”i tanımır” – Səfir

“Avstraliya Dağlıq Qarabağda keçirilən “seçkilər”i tanımır”.

Bunu Avstraliyanın Türkiyədəki səfiri Mark İnnes-Braun “Twitter”də bildirib.

“Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və martın 31-də Dağlıq Qarabağda keçirilən “seçkilər”i tanımır. Danışıqlar yolu ilə həllə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun rolunu davam etdirməsi həmişəkindən daha vacibdir”, – deyə səfir qeyd edib.

Xatırladaq ki, Avstraliyanın Türkiyədəki səfiri eyni zamanda Azərbaycana və Gürcüstana akkreditə olunub. (apa)