XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

03 Aprel 2020 - 18:20

“Rusiyada koronavirusla bağlı vəziyyət əlverişli ssenari üzrə gedir” – Nazir

“Rusiyada koronavirusla bağlı vəziyyət əlverişli ssenari üzrə gedir”.

Bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

“Görürük ki, ölkədə tətbiq olunan tədbirlər həqiqətən də xəstələrin sayına, xəstələrin vəziyyətinin ağırlığına təsir edib. Faktiki olaraq vəziyyət olduqca əlverişli ssenari üzrə gedir”, – deyə rusiyalı nazir vurğulayıb.

Qeyd edək ki, Rusiya Nazirlər Kabineti yanında Operativ Qərargahln bu günə olan məlumatına görə, Rusiyada yeni növ koronavirusa yoluxanların sayı 4149 nəfərə çatıb. Ölkənin 78 regionunu əhatə edən yoluxma nəticəsində indiyə kimi 34 nəfər həyatını itirib. (apa)