XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

03 Aprel 2020 - 19:06

“Nyu-York xəstəxanalarında koronavirusa yoluxmuş həkimlər də işləyirlər” –Həkim

Nyu-York xəstəxanalarının birində işləyən, adının çəkilməsini istəməyən reanimatoloq koronavirus ətrafında olan vəziyyətin bəzi gözəgörünməz məqamlarını açıqlayıb.

Bu barədə yazı “Meduza” onlayn qəzetində dərc edilib.

O bildirib ki, pasiyentlərin artmasına baxmayaraq, vəziyyəti ağır olanların sayında artım müşahidə edilmir: “Əlimizdəki məlumatlara görə, vəziyyəti ağır olanların sayı azalıb. Nyu-Yorkda gündəlik çox böyük miqdarda testlər keçiririk. Görünən odur ki, ağciyərlərin süni ventilyasiyasına ehtiyacı olanların sayı artmır. Ancaq bu, hələlik bir neçə günün göstəricisidir”.

Reanimatoloq koronavirusa yoluxmuş həkimlərin işlərinə davam etdiyini də açıqlayıb: “Xəstə həkimlərin arasında həm vəziyyəti ağır olan, həm də ümumiyyətlə simptomsuz olanlar var. Bununla belə, biz bilmirik, bunlar xəstəxanada, yoxsa başqa yerdəmi yoluxublar. Simptomsuz həkimlər maska taxaraq fəaliyyətini davam edirlər. Ancaq bu, hər kəsin şəxsi seçimidir, imtina etmək də olar”. (report)