XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2020 - 20:27

Fransada koronavirus: virus həbsxanalara da keçdi, ölənlər var

Fransa həbsxanasında 1 məhkum və 1 nəzarətçi koronavirusdan dünyasını dəyişib.

“Euronews”xəbər verir ki, ölkə həbsxanalarında cəmi 48 nəfərə koronavirus diaqnozu qoyulub.

Bundan başqa, 928 məhkumun karantin altında olduğu vurğulanır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 040 000-i ötüb. Bunların 222 240 nəfəri sağalıb, 55 240 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report)