XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

04 Aprel 2020 - 12:25

Almaniya üçün nəzərdə tutulan tibbi maska səhvən ABŞ-a göndərilib

Almaniya polisi üçün Çində sifariş olunan 200 min respirator maskaya Banqkokda “əl qoyularaq” ABŞ-a göndərilib.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın “Tagesspiegel” qəzeti yazıb.

“Bunu müasir piratlıq aktı hesab edirik. Trans-Atlantik tərəfdaşlarla belə iş qurmazlar. Heç olmasa, pandemiya dövründə “Vəhşi Qərb metodları” işləməsin”, – Berlinin daxili işlər üzrə senatoru Andreas Qeyzel deyib.

Nəşr yazır ki, Berlinin sifariş etdiyi tibbi maskalar Çində fəaliyyət göstərən ABŞ şirkətinin fabrikində hazırlanıb. Malların Banqkok hava limanında yenidən yüklənərək Almaniyaya hava yolu ilə çatdırılacağı ehtimal olunsa da, ABŞ onlara “əl qoyub”. Qəzet ABŞ Prezidenti Donald Trampın son günlərdə dəfələrlə ölkədə maska qıtlığı yaşandığını da materiala əlavə edib.

Ancaq Ağ Ev tibbi maskaların qanunsuz müsadirə edilməsi ilə bağlı iddiaları rədd edib.