XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

04 Aprel 2020 - 20:02

“Barselona”nın əfsanəsi koronavirusla mübarizəyə 1 milyon avro ayırdı

İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Xavi Ernandes koronavirusla mübarizəyə 1 milyon avro məbləğində ianə edib.

“Report” xəbər verir ki, bu barədə məlumatı o, həyat yoldaşı Nuriya Kunilera ilə birlikdə rəsmi “Instagram” səhifəsində paylaşıb.

Hazırda Qətərin “Əl Sadd” klubuna başçılıq edən veteran yarımmüdafiəçi həmin məbləği Barselona şəhərindəki xəstəxanalardan birinin hesabına köçürüb.

Maddi yardımdan tibbi avadanlıqların alınmasında istifadə olunacağı bildirilib.