XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

05 Aprel 2020 - 09:11

Dünyada koronavirus:yoluxanların sayı 1,2 milyonu ötüb

Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb. Hazırda 42 324 nəfərin vəziyyəti ağırdır.

Təsdiqlənmiş yoluxma hallarına görə dünyada ilk sırada ABŞ qərarlaşıb.

Burada 310 233 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 8 444 nəfərdir.

Avropada isə virusa yoluxanları sayına görə birinci yeri İspaniya tutur – 126 168 yoluxma və 11 947 ölüm. İtaliyada isə 124 632 nəfər yoluxub, 15 362 nəfər dünyasını dəyişib.

Almaniyada 96 092 yoluxma və 1 444 ölüm, Fransada 89 953 yoluxma və 7 560 ölüm, Böyük Britaniyada 41 903 yoluxma və 4 313 ölüm faktı qeydə alınıb.

Çinin materik hissəsində isə indiyə qədər 81 639 nəfərin yoluxduğu və 3 326 nəfərin öldüyü bildirilir. Lakin, hazırda Çində vəziyyət tam stabilləşib və son 24 saat ərzində heç bir yoluxma və ölüm halları qeydə alınmayıb. /Report