XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

05 Aprel 2020 - 11:26

Cənubi Koreyada koronavirus:ölənlərin sayı 138-ə yüksəlib

Cənubi Koreyada 10 237 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 138 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 6 463 nəfərə çatıb.

Bu barədə Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəz bildirib. Belə ki, bir gün ərzində koronavirusa 81 yoluxma qeydə alınıb.

Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyensan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonaları elan edilib. 

Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanması növbəti dəfə, 9 aprelə qədər təxirə salınıb. Bu tarixdən dərslər onlayn tədris olunacaq.

19 571 nəfərdən götürülən analizlər hələ yoxlanılır. Ümumilikdə isə ölkədə koronavirusa görə 431 000 test edilib. /Report