Baş nazir Boris Consonun nişanlısı da koronavirusa yoluxub.
Strateq.az “Reuters”-ə istinadla xəbər verir ki, o, hazırda karantinə alınıb.
Hamilə olan Kerri Simmonds bildirib: “Keçən həftədən koronavirusun simptomları olduğundan evdə qalmışdım, indi yavaş-yavaş sağalıram”.
“Hamiləlik dövründə COVID-19-a yoluxma həqiqətən narahatedicidir”, – deyə, öz növbəsində, Böyük Britaniya hökumətinin başçısı söyləyib.
55 yaşlı Consonun özü hələ bir həftə də karantində qalmalıdır.