XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 April 2020 - 09:11

ABŞ-da koronavirus:9 mindən çox insan öldü

ABŞ-da koronavirus qurbanlarının sayı 9 267 nəfər təşkil edir.

RİA “Novosti” agentliyi xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 325 minə çatıb. Birləşmiş Ştatlarda 16,8 min nəfər xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. Dünyada koronavirusa yoluxma ilə bağlı qeydə alınmış halların ümumi sayı 1 133 758, ölüm hallarının sayı 62 784 nəfər təşkil edir.  (Report)