XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 09:54

ABŞ-da dünyada ilk dəfə koronavirus pələngdə aşkarlandı

Nyu-Yorkun “Bronkssk” heyvanat parkındakı dişi pələngdə koronavirus testi müsbət nəticə verib.

Bu barədə Vəhşi heyvanların Saxlanılması Cəmiyyətinin (WCS) bəyanatında deyilir.

“Dörd yaşlı Malayya pələngi “Nadi”də koronavirus aşkarlanıb. Onda, digər pələng “Azul”da, iki Amur pələngi və üç Afrika şirində quru öskürək müşahidə olunur. Onların hamısının sağalacağı gözlənilir”, – press-relizdə deyilir.

“Biz ehtiyat tədbiri kimi pişik üzərində koronavirus testi keçirdik”, – deyə xəbərdə əlavə edilib.

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin milli laboratoriyası həmçinin dişi pələngdə koronavirusun mövcudluğunu təsdiqləyib. (report)