XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

16 May 2015 - 04:41

Ukraynada sovet simvollarının qadağan edildi

Ukraynada sovet simvollarının qadağan edildi

Ukrayna prezidenti Pyotr Poroşenko sovet simvollarının qadağasına dair qanun imzalayıb.

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında bildirilir.
Bundan əvvəl aprelin 9-da Ali Rada paytaxt Kiyevdə və digər şəhərlərdə sovet heykəlləri, ulduzlar və digər simvolların ləğv edilməsi ilə bağlı qanun layihəsi müzakirə etmişdi.
Mayın 14-də Kiyev şəhər soveti Ukraynanın müstəqillik günü, avqustun 24-dək binalardan, metro stansiyalarından və digər memarlıq obyektlərindən sovet simvollarının yığışdırılmasına dair qərar qəbul edib.
2016-ci il, martın 31-dək sökülmüş kommunist simvollarının əvəzinə Kiyevdə Ukraynanın dövlət simvollarının qoyulması planlaşdırılır.