XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 12:54

“Xarici neft istehsalçılarına yüksək gömrük tarifləri tətbiq edə bilərik” – Tramp

ABŞ Prezidenti Donald Tramp qlobal neft istehsalçıları arasında anlaşılmazlıq davam edərsə, yerli neft istehsalçılarını və enerji sənayesini qorumaq üçün yüksək gömrük tarifləri tətbiq edə biləcəklərini açıqlayıb.

Daha əvvəl xarici neft istehsalçıları üçün gömrük tariflərinin qaldırılmasına “yaşıl işıq” yandıran D.Tramp deyib: “Əgər ehtiyac yaransa, yeni tariflər tətbiq edərəm, ancaq buna ehtiyac olacağını zənn etmirəm. Çünki Səudiyyə Ərəbistanın və Rusiyanın neft istehsalı səviyyəsinin müəyyənləşdirilməsində razılaşma əldə edəcəklərinə inanıram”.

Qeyd edək ki, D.Trump neft hasilatının səviyyəsini müəyyənləşdirilməsi üçün OPEC və OPEC+ ölkələrinin növbəti görüşünün böyük ehtimalla aprelin 9-da keçiriləcəyini bildirib. (report)