XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 13:54

Gürcüstanda məmurların saxlanıldığı xüsusi həbsxana ləğv edilir – Ədliyyə naziri

Gürcüstanda artıq siyasətçilər və yüksək vəzifəli məmurlar üçün nəzərdə tutulan xüsusi penitensiar müəssisə fəaliyyət göstərməyəcək.

Bu barədə Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani bildirib.

Onun sözlərinə görə, indidən sonra cinayət törədən bütün sabiq dövlət məmurları 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdiriləcəklər: “Hesab edirik ki, sabiq dövlət məmuru və ya dövlət strukturunda istənilən vəzifədə çalışanlar üçün ayrıca həbsxana olmamalıdır”. (report)