XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 14:03

İraqda ABŞ neft şirkətinin obyektləri atəşə tutulub – KİV

İraqın Bəsrə vilayətində ABŞ şirkətinə məxsus neft yataqları artilleriya zərbələrinə məruz qalıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə bu gün “Baghdad today” məlumat verib.

“İraqın neft yataqlarında fəaliyyət göstərən ABŞ-nin “Halliburton” şirkətinin obyektləri Zubeyr kəndində beş raketlə hücuma məruz qalıb. Raketlərdən biri neft hasilatında lider olan 20 nömrəli quyunun yaxınlığına düşüb”, – təhlükəsizlik mənbələrindəki mənbə portala bildirib.

Mənbənin sözlərinə görə, İraq təhlükəsizlik orqanları obyektlərin atəşə tutulduğu qurğuları aşkarlayıb, hazırda istintaq aparılır.

Mənbə həmçinin hücum zamanı ABŞ şirkətinin qərargahında hava hücumu ilə bağlı həyəcan siqnalı eşidildiyini bildirib.

Hələlik dəymiş zərər və xəsarət alanlar barədə məlumat yoxdur. (report)