Aprelin 7-dən etibarən Yaponiyada pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq nəzərdə tutulub.
“RİA Novosti” xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.
Bildirilib ki, ölkənin bütün şəhərlərinə giriş-çıxış bağlanacaq.
Qeyd edək ki, Yaponiyada son sutka ərzində 308 nəfər yoluxub. “Diamond Princess” gəmisinin 712 sərnişini də daxil olmaqla, ölkə üzrə ümumilikdə yoluxanların sayı 4 586-ya çatıb. (report)