XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 14:56

Almaniyada qaçqın düşərgəsində qarşıdurma –VİDEO

Almaniyada xüsusi karantin rejiminin tətbiq olunduğu qaçqın düşərgəsində ciddi qarşıdurma yaşanıb.

Saksoniya-Anhalt əyalətinin Halberstadt şəhərindəki düşərgənin sakinləri polis tərəfindən qoyulan maneələri aşıraraq qaçmağa çalışblar. Buna səbəb isə, karantin rejimi ilə əlaqədar düşərgə sakinlərinə binadan çıxışın qadağan edilməsi olub.

Binanın həyətində gəzmək istədiklərini deyən sakinlərlə düşərgənin təhlükəsizlik xidmətinin əməkdaşları arasındakı mübahisə davaya çevrilib. Bundan istifadə edən digər sığınacaqaxtaranlar isə, polisin qurduğu maneələri aşıraraq düşərgədən qaçmağa çalışıblar. Aralarında Azərbaycan vətəndaşlarının da olduğu sığınacaqaxtaranlar şəhər mərkəzi istiqamətinə qaçıblar.

Əraziyə çoxlu sayda polis qüvvəsi cəlb edilib. Qaçan şəxslərin saxlanılaraq düşərgəyə qayarılmaları üçün əməliyyat keçirilib. Qaçan şəxslərdən 34-ü şəhər mərkəzində saxlanılaraq yenidən düşərgəyə qaytarılıblar.

Polis 850-dən çox sığınacaqaxtaranın qaldığı düşərgədə təhlükəsizlik tədbirlərini gücləndirib.

Xatırladaq ki, 18 Azərbaycan vətəndaşının da qaldığı qaçqın düşərgəsi bir həftə əvvəl 27 yaşlı şəxsin Halle şəhərindəki yataqxanaya köçürülən zaman koronavirus testi verməsi və nəticəsinin pozitiv çıxması səbəbindən karantin altına alınıb. (report)